Xəbər lenti

Naftalanın icra başçısı kənd sakinləri ilə görüşdü Fotolar

Tarix: 19-10-2026 16:39     Baxış: 777

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov şəhərin Qaşaltı Qaraqoyunlu kəndinin sakinləri ilə görüş keçirib.

Mubarizciler.az xəbər verir ki, görüşdə hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin operativ həlli dövlət başçısının müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindən biridir.

Daha sonra sakinlər onları narahat edən məsələləri, təklif və təşəbbüslərini açıq şəkildə səsləndirməyə dəvət olunublar.

Səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilib, bir sıra məsələlər yerində araşdırılaraq operativ həll olunub, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara icrası üçün yönləndirilib. Problemlərin qısa müddətdə həlli məqsədilə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Vurğulanıb ki, nəzarətə götürülmüş bütün müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən qanunamüvafiq tədbirlər görüləcək.

Sakinlər göstərilən diqqətə və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban  Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar