Məhərrəm Quliyev Goran qəsəbəsi ərazisində fəaliyyət göstərən Gilan&Knauf MMC-nin fəaliyyəti ilə yerində tanış oldu Fotolar

Goranboyda yerli istehsalın inkişafı diqqət mərkəzindədir
Goranboy rayon İcra Hakimiyyətnin başçısı Məhərrəm Quliyev Goran qəsəbəsi ərazisində fəaliyyət göstərən Gilan&Knauf MMC-nin fəaliyyəti ilə yerində tanış oldu.
Mubarizciler.az xəbər verir ki, Rayon rəhbərinə müəssisənin əsas fəaliyyət istiqamətləri, istehsal gücü, istifadə olunan texnoloji avadanlıqlar və istehsal olunan məhsullar barədə ətraflı məlumat verilərək bildirildi ki, müəssisə əsasən gips əsaslı inşaat plitələrinin və metal profillərin istehsalı ilə məşğul olur. Tikinti sektorunda geniş istifadə olunan bu məhsullar müasir tikinti standartlarına uyğun inşaat işlərinin həyata keçirilməsində mühüm əhəmiyyət daşıyır.
Müəssisənin istehsalat sahələrinə baxış zamanı istehsal prosesinin təşkili, xammaldan səmərəli istifadə, məhsulların keyfiyyətinə nəzarət və istehsalın davamlılığının təmin olunması məsələlərinə diqqət yetirildi.
Məhərrəm Quliyev sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsinin, istehsal sahələrinin inkişafının və yerli iqtisadi potensialın gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq belə müəssisələrin fəaliyyəti regionda sənaye sektorunun inkişafına, iqtisadi fəallığın artırılmasına və yeni iş imkanlarının yaradılmasına töhfə verən mühüm amillərdəndir olduğunu qeyd etdi.
Qeyd edək ki, Goranboy rayonunda sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, sahibkarlığın inkişafı və mövcud iqtisadi imkanlardan səmərəli istifadə edilməsi rayonun sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlər yerli istehsalın genişləndirilməsinə, iqtisadi fəallığın artırılmasına və rayonun sənaye potensialının daha da gücləndirilməsinə xidmət edir.





Xəbəri paylaş







































0772703001 