Naftalanda şəhər Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib Fotolar

Hesabat seçki konfransında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar palatasının sədri, professor Vahid Novruzov, ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
Mubarizciler.az xəbər verir ki, Konfrans iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov ölkəmizdə, eləcə də şəhərimizin ictimai-siyasi həyatında ağsaqqalların rolundan və nüfuzundan bəhs edərək, milli-mənəvi dəyərlərimizin qorunmasında onların tövsiyə və məsləhətlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Ulu Öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi diqqət və ehtiramdan danışan icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də bu ənənəni davam etdirərək yaşlı nəslin nümayəndələrinə daim böyük hörmətlə yanaşdığını bildirib.
Naftalan Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov hesabat məruzəsi ilə çıxış edib. Konfransda təşkilati məsələlərə baxılıb, Bədəlov Möhübbət Havil oğlu şəhər Ağsaqqallar Şurasının sədri seçilib, eyni zamanda Şuranın İdarə heyətinin yeni tərkibi formalaşıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar palatasının sədri, professor Vahid Novruzov, çıxış edərək cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıb, Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verib, yeni seçilən heyətə uğurlar arzulayıb.
Sonda Naftalan Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlova 75 illik yubileyi münasibəti ilə Fəxri Fərman təqdim edilib.





Xəbəri paylaş







































0772703001 