Xəbər lenti

Samux Rayon Statistika İdarəsinin məlumatı

Tarix: 19-10-2026 16:35     Baxış: 602

Samuxda bu il 2430,3 hektar təkrar əkin aparılmışdır.

 Son illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən dövlət qayğısının artırılması, yəni subsidiyaların, güzəştli şərtlərlə mineral gübrələrin və pestisidlərin, lizinq yolu ilə kənd təsərrüfatı texnikasının verilməsi təkrar əkinlərin həyata keçirilməsini  stimullaşdırır və ildən-ilə təsərrüfatlarda bu sahəyə olan marağı daha da artırır. 

    Samux rayonunda 01.10.2026-cı il tarixinədək  2430,3 hektar sahədə təkrar əkin aparılmışdır. Aparılmış təkrar əkinin  2012,1 hektarı və ya 82,8 faizi kənd təsərrüfatı müəssisələrinin, 418,2 hektarı və ya 17,2 faizi isə ailə kəndli və ev təsərrüfatlarının payına düşür. Təkrar əkinin 2142,8 hektarı qarğıdalı, 216,5 hektarı günəbaxan, 64,0 hektarı tərəvəz, 4,0 hektarı birillik otlar, 3,0 hektarı isə darı  olmuşdur. 

                    


    Samux Rayon Statistika İdarəsi



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar