Xəbər lenti
4-06-2026, 15:45
 

Goranboyda Dünya Kubokunda I yerə layiq görülən idmançı və onun məşqçi-müəllimi ilə görüş keçirildi Fotolar

Tarix: 10-06-2026 18:18     Baxış: 455


Goranboy rayonunda budo idman növü üzrə Dünya Kubokunda I yerə layiq görülən idmançı və onun məşqçi-müəllimi ilə görüş keçirildi.

Mubarizciler.az xəbər verir ki, Görüşdə iştirak edən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev Goranboy rayon Qızılhacılı qəsəbə Dilbazi Qasımov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 5-ci sinif şagirdi Sarıyev Nihad Nurlan oğlunu Bakı şəhərində keçirilən budo idman növü üzrə Dünya Kubokunda qazandığı yüksək nəticə münasibəti ilə təbrik edərək, bu qələbənin yeniyetmə və gənclər üçün nümunə olduğunu, idmana marağın artırılmasına və sağlam həyat tərzinin təbliğinə mühüm töhfə verdiyini qeyd ediblər. Rəsmilər idmançının hazırlığında xüsusi əməyi olan məşqçi-müəllim Zülfüqar Nəcəfəliyevə təşəkkür ifadə edib, gələcək yarışlarda yeni nailiyyətlər arzulayıblar. Görüş iştirakçıları Dünya Kubokunda qazanılan bu uğurun rayonda idmanın inkişafına əlavə stimul verəcəyini bildiriblər. Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən idmançıya təşəkkürnamə və xatirə hədiyyəsi, məşqçi-müəllim isə təşəkkürnamə təqdim edilib.

Gallery ImageGallery ImageGallery ImageGallery Image




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar