YAP Goranboy rayon təşkilatı tərəfindən şəhid anası Məlahət Cavadova 60 illik yubileyi münasibətilə təltif edilib Fotolar

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı tərəfindən Şəhid anası təltif edildi.
Mubarizciler.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı tərəfindən Şəhid Laçın Alıyevin anası, Qızılhacılı qəsəbə 1 saylı tam orta ümumtəhsil məktəbinin direktor əvəzi Məlahət Cavadova 60 illik yubileyi münasibətilə təltif edilib.
Tədbirdə YAP Goranboy rayon təşkilatının əməkdaşları və məktəb kollektivi iştirak edərək Məlahət Cavadovanı yubileyi münasibətilə təbrik edib ona möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Yubilyar Məlahət Cavadova Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına sonsuz minnətdarlığını ifadə edib.

Xəbəri paylaş







































0772703001 