Xəbər lenti

Azər Qocayev Şəhid ailəsini ziyarət edib Fotolar

Tarix: 28-10-2026 13:52     Baxış: 735

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Şəhid İlyasov Bəhrəm Nizam oğlunun ailəsini  ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, Ziyarətdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov, şəhid İlyasov Bəhrəm Nizam oğlunun ailəsini ziyarət edib.

Söhbət zamanı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qeyd edib ki, 44 günlük Vətən müharibəsində və anterror əməliyyatlarında Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərib. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuz düşməni  məhv etdi. Ərazi bütövlüyümüz tam bərpa edildi.Vurğulanıb ki, Bəhrəm İlyasov kimi qəhrəman oğullarımızın sayəsində xalqımız başını dik tutub,ərazi bütövlüyümüz tam bərpa edilib, müqəddəs bayrağımız qürurla dalğalanır. 

Qeyd edək ki, şəhid İlyasov Bəhrəm Nizam oğlu 30 noyabr 1998-ci ildə Bərdə rayonunun Nəcəfqulubəyli kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2004-cü ildə Şəhid Binadar Məmmədov adına Bərdə şəhər Yeni Əyricə kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2015-ci ildə orta məktəbi bitirmişdir. 2017-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2018-ci ildə Silahlı Qüvvələrin N saylı hərbi hissəsində hərbi xidmətini kəşfiyyatçı kimi başa vuran Bəhrəm İlyasov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2020-ci ilin Tovuz döyüşlərindən sonra Bəhrəm İlyasov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə getmiş və hərbi xidmətə çağırılmışdır. Təlim mərkəzlərindən birində kurs keçdikdən sonra "N" saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətini davam etdirmişdir.

   Azərbaycan Ordusunun əsgəri olan Bəhrəm İlyasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində böyük şücaət göstərib. Bəhrəm İlyasov Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

     Subay idi. 13 oktyabr 2020-ci ildə Bərdə rayon Nəcəfqulubəyli kəndində dəfn edilib.

    15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixində "Suqovuşanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 

 Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar