Goranboyun İcra başçısı Şadılı kəndində 160 illik tarixə malik su dəyirmanına baxış keçirdi Fotolar

Goranboy Rayon İcra Hakimiyyəti başçısının Şadılı kəndində keçirilən səyyar qəbulu zamanı kənd sakinləri tərəfindən 160 illik tarixə malik su dəyirmanının təmir olunması və ətrafının abadlaşdırılması ilə bağlı müraciətlərinin yerində araşdırılması məqsədi ilə rayon rəhbəri Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə dəyirmana baxış keçirdilər.
Mubarizciler.az xəbər verir ki, baxış zamanı dəyirmanın fəaliyyəti və iş mexanizmi ilə maraqlanılaraq, onun tarixi əhəmiyyəti diqqətə çatdırıldı.
İcra Hakimiyyətinin başçısı bu qədim dəyirmanın tarixi-mədəni irs nümunəsi kimi qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması və geniş ictimaiyyət arasında təbliğ olunması ilə bağlı müvafiq tövsiyələrini bildirdi.
Məhərrəm Quliyev qədim dəyirmanın tarixi-mədəni irs nümunəsi kimi qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması, geniş ictimaiyyət arasında təbliğ olunmasının vacibliyini vurğulayaraq dəyirmanın təmir olunması və ətraf ərazinin abadlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verdi.
Qeyd edək ki, Goranboy rayonunun Şadılı kəndində, dövrünün sayılıb seçilən şəxslərindən olan Şadılı İsgəndərə məxsus və 160 illik tarixi olan su dəyirmanını hazırda onun nəvələri işlədir. Kürəkçaydan ayrılan suyun işə saldığı dəyirman 50 kiloqram buğdanı 1 saata üyüdür və iş prosesinə elektrik enerjisi sərf edilmir. Bu dəyirmanda üyüdülən un keyfiyyətli, bişirilən çörək isə xüsusi qoxuya malikdir.



Xəbəri paylaş







































0772703001 