Ağstafada 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib Fotolar + Yenilənib

Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
Mubarizciler.az xəbər verir ki, Gəncə Dövlət Milli Dram Teatrının təqdim etdiyi Vaqif Əmiraslanın “Gülüstan” pyesi əsasında eyniadlı tamaşa real həyat həqiqətləri üzərində hazırlanıb. Tamaşa 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun əldə etdiyi tarixi Qələbəyə, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizə və sağlamlıqlarından keçən qazilərimizə ithaf olunub.
Səhnə əsərini izaləyənlər sırasında, o cümlədən Ağstafa Rayon İcra Hakimyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri yer alıblar. Ağstafalıalr tamaşanı böyük rəğbət və alqışlarla qarşılayıblar.
Yaradıcılıq işinin rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadovdur. Qrafik işi Sübhan İbrahimova məxsusdur. Səhnə əsərində bütövlükdə Gəncə Dövlət Milli Dram Teatrının geniş aktyor heyəti iştirak edib.




Xəbəri paylaş







































0772703001 