Polisin təşkilatçılığı ilə narkomaniya, erkən nikah və kibercinayətkarlığa qarşı mübarizə mövzusunda maarifləndirici görüş təşkil edilib - FOTO 0
Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Şəhər İnteqrasiya təlimli internat tipli Gimnaziyada narkomaniya, erkən nikah və kibercinayətkarlığa qarşı mübarizə mövzusunda maarifləndirici görüş təşkil edilib.
Mubarizciler.az-ın məlumatına görə, Əvvəlcə çıxış edən Lerik RPŞ-nin rəis müavini, polis mayoru Anar Şıxəliyev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib.
Rəis müavini həmçinin kibercinayətkarlıq hallarına qarşı vətəndaşlar tərəfindən görülməli olan ehtiyat və təhlükəsizlik tədbirləri ilə bağlı da tədbir iştirakçılarına məlumat verib və bildirilib ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdır.
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Təhsil sektorunun müdiri Zöhrab Salayev və digər qurumların nümayəndələri erkən nikahların fəsadları, bu neqativ halın ailə quran şəxslərə, ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə ətraflı məlumat veriblər.
Sonda müzakirə olunan mövzularla əlaqəli videoçarx izlənilib və şagirdlərin sualları cavablandırılıb.
Xəbəri paylaş