Xəbər lenti
15-09-2025, 18:01
 
10-09-2025, 09:44
 

DTX və DMX qanunsuz miqrasiyaya qarşı birgə əməliyyat keçirib - VİDEO 0

Tarix: 07-11-2023 23:33     Baxış: 10 423


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı birgə əməliyyat keçirib.

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdikləri birgə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Azərbaycan Respublikasının ərazisində yaşama hüququ verən aidiyyəti sənədlər və qeydiyyat ünvanı olmadan yaşayan, işləmək icazəsi almadan əmək fəaliyyəti ilə məşğul olan, həmçinin qanunsuz miqrasiyanı təşkil etmələrinə dair barələrində əsaslı sübutlar əldə edilən daha 16 əcnəbi müəyyən olunaraq saxlanılıb.

Saxlanılan əcnəbilərdən 14 nəfərinin öz həmvətənləri tərəfindən xaricdə fəaliyyət göstərən müxtəlif şəxslər vasitəsilə Azərbaycan Respublikasında tikinti sahəsində iş vədləri ilə aldadılaraq ölkə ərazisinə gətirildikləri məlum olub.

Bu şəxslərin ölkə ərazisində qanunsuz miqranta çevrilmələrinə şərait yaradan, həmçinin qeyri-qanuni miqrasiyanı təşkil etmələrinə dair barələrində əsaslı sübutlar toplanmış iki əcnəbinin isə ölkə ərazisində yaşadıqları yer müəyyən edilərək saxlanılmaları təmin olunub.

Aşkar edilən hallara hüquqi qiymət verilməsi təmin olunacaq.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar