Goranboyda Təhsil sahəsində çalışan yubilyar həmkar üzvləri ilə görüş keçirilib Fotolar + Yenilənib

Əmək fəaliyyətində uzun illər ərzində göstərdikləri səmərəli xidməti ilə seçilən 65 yaşlı həmkar üzvləri ilə görüş keçirilib.
Mubarizciler.az xəbər verir ki, Görüş zamanı yubilyarların peşə fəaliyyətində qazandıqları nailiyyətlərdən kollektivin inkişafına verdikləri töhfələrdən və nümunəvi əmək fəaliyyətlərindən bəhs olunmuşdur.
xəbər verir ki, Görüş zamanı yubilyarların peşə fəaliyyətində qazandıqları nailiyyətlərdən, kollektivin inkişafına verdikləri töhfələrdən və nümunəvi əmək fəaliyyətlərindən bəhs olunmuşdur.
Tədbirdə çıxış edən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov yubilyarların müxtəlif illərdə təhsil sahəsinin inkişafına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və əmək kollektivlərində sağlam iş mühitinin formalaşmasına verdikləri töhfələrdən bəhs etmişdir. Bildirilmişdir ki, onların zəngin iş təcrübəsi, məsuliyyətli fəaliyyəti və işlərinə olan yüksək bağlılığı gənc əməkdaşlar üçün hər zaman örnək olmuşdur. Daha sonra çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev uzunmüddətli və qüsursuz əmək fəaliyyətinin hər bir cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulamış, yubilyarların öz peşə fəaliyyətləri dövründə qazandıqları nüfuz və etimadın onların vicdanlı əməyinin nəticəsi olduğunu qeyd etmişdir. O, əmək fəaliyyətində qazandıqları nailiyyətlərə görə yubilyarları təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür və bundan sonrakı həyatlarında da uğurlar arzulamışdır. Sonda yubilyara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən təşəkkürnamə və xatirə hədiyyələri təqdim olundu.



















Xəbəri paylaş







































0772703001 