Goranboyda Şəhid ailələri və qazilərlə görüşlər davam edir Fotolar

Goranboy Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi, onların qarşılaşdıqları problemlərin yerində araşdırılması və həlli istiqamətində tədbirlər davam etdirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Seymur Nazarov, hüquq-mühafizə orqanlarının məsul əməkdaşları və idarə, təşkilat rəhbərlərinin iştirakı ilə Balakürd kəndində şəhid ailələri və qazilərlə görüş keçirdi.
Mubarizciler.az xəbər verir ki, Görüş zamanı şəhid ailələrinin və qazilərin sosial-məişət şəraiti, gündəlik qayğıları və onları narahat edən məsələlər ətraflı dinlənilərək səsləndirilən müraciət və təkliflər diqqətlə nəzərdən keçirilib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək dövlət tərəfindən sosial dəstəyin yüksək qiymətləndirildiyini bildirdilər.
Bildiririk ki, Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilərlə mütəmadi görüşlərin keçirilməsi, onların sosial qayğılarının öyrənilməsi və müraciətlərinin həlli istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.


Xəbəri paylaş







































0772703001 