Xəbər lenti
25-07-2026, 19:27
 
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 
17-07-2026, 15:12
 

Şeyxülislam Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb Fotolar

Tarix: 13-05-2026 00:53     Baxış: 889

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin dəvəti ilə İstanbulda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının İstanbulda yerləşən mənzil-qərargahında bu təşkilatın baş katibi Kubanıçek Ömüralıyevlə görüşüb.
Mubarizciler.az ın məlumatına görə, Görüşdə Şeyxülislam qarşılıqlı fəaliyyət, əməkdaşlığın gücləndirilməsi, Türk dövlətlərinə üzv olan ölkələrin dini rəhbərləri arasında birliyin vacibliyi vurğulayıb: “Türk Dövlətləri Dini xadimləri şurasının yaradılması ideyası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə məxsusdur. Ümumiyyətlə din xadimləri dövlət başçılarının yürütdükləri siyasətin yanında olmalı, onu xalqa çatdırmalıdırlar’’.

Bütün Qafqazın Şeyxi həmçinin bu gün Ermənistanda hələ də bəzi qüvvələrin səsləndirdikləri nifrət çağırışlarının yolverilməz olduğunu Türk Dövlətləri Təşkilatının Baş Katibinin diqqətinə çatdırıb.



Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçek Ömüraliyev də görüş münasibətilə Bütün Qafqazın Şeyxinə dərin minnətdarlğını bildirib, yaxın günlərdə Türküstanda Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi görüşünün keçiriləcəyini diqqətə çatdırıb.
Görüşdən sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə Türk Dövlətləri Təşkilatının mənzil qərargahında mövcud olan muzey və kitabxana barədə məlumat verilib.
Qeyd edək ki, 12-13 may tarixlərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 29-cu Avrasiya İqtisadi Zirvəsi keçiriləcək. Forumda 48 ölkənin iştirakı nəzərdə tutulub.

(QMİ-nin Mətbuat xidməti)

 


Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar