Xəbər lenti
4-11-2026, 17:40
 

Goranboyda Şəhid ailələri və qazilərlə görüşlər davam edir Fotolar

Tarix: 07-11-2026 13:58     Baxış: 966

Goranboyda 8 Noyabr-Zəfər Günü ilə bağlı Tədbirlər Planına uyğun olaraq Şəhid ailələri və qazilərlə görüşlər davam edir.

Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin 8 Noyabr-Zəfər Günü ilə bağlı Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi, onların qarşılaşdıqları problemlərin yerində araşdırılması və həlli istiqamətində tədbirlər davam etdirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Əlirzalı kəndində şəhid ailələri və qazilərlə görüş keçirdi.

Görüş zamanı şəhid ailələrinin və qazilərin sosial-məişət şəraiti, gündəlik qayğıları və onları narahat edən məsələlər ətraflı dinlənilərək səsləndirilən müraciət və təkliflər diqqətlə nəzərdən keçirilib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq işlərə başlanacağı bildirildi.

Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək dövlət tərəfindən sosial dəstəyin yüksək qiymətləndirildiyini bildirdilər.

Bildiririk ki, Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilərlə mütəmadi görüşlərin keçirilməsi, onların sosial qayğılarının öyrənilməsi və müraciətlərinin həlli istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar