Goranboyda növbəti səyyar qəbul Xoylu kəndində keçirildi Fotolar

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq Goranboy rayonunda vətəndaşların səyyar qəbulları davam etdirilir.
Mubarizciler.az xəbərverir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Xoylu kəndində səyyar qəbul keçirdi.
Qəbul zamanı sakinlərin müraciətləri dinlənilərək, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verildi.
Görüşdə, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”dan irəli gələn vəzifələr, əhalinin məşğulluğunun artırılması, sosial infrastrukturun yaxşılaşdırılması, və digər sosial əhəmiyyətli məsələlərə toxunuldu.
Bununla yanaşı, myGov portalının imkanları, elektron xidmətlərdən istifadə qaydaları və rəqəmsal həllərin tətbiqi barədə də vətəndaşlara ətraflı məlumat verildi. Elektron xidmətlərdən istifadənin genişləndirilməsinin dövlət-vətəndaş münasibətlərində operativliyin, şəffaflığın və əlçatanlığın artırılmasında mühüm rol oynadığı diqqətə çatdırıldı.




Xəbəri paylaş






































0772703001 