Xəbər lenti
4-11-2026, 17:40
 

Anar Məmmədov Tərtərdə vətəndaşları qəbul edib Fotolar

Tarix: 06-11-2026 16:21     Baxış: 504

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Xoruzlu kəndində yerli sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əhmədov, həmçinin kəndin ağsaqqalları, şəhid ailələri və qazilər iştirak ediblər.

Görüş zamanı sakinləri narahat edən müxtəlif sosial və infrastruktura dair məsələlər dinlənilib. Müraciətlər əsasən kənddaxili yolların asfaltlanması və qəbiristanlığa gedən yolun əsaslı təmiri, yararsız halda olan işıq dirəklərinin yeni və modern standartlara cavab verənlərlə dəyişdirilməsi, yanğın nəticəsində zərər görmüş yaşayış evinə köməklik göstərilməsi və ehtiyacı olan vətəndaşlara maddi yardımın olunması olub. 

Millət vəkili sakinlərin qaldırdıqları hər bir məsələni diqqətlə dinləyərək, onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib. Səsləndirilən problemlərin bir qismi yerindəcə həllini tapıb, digər aidiyyəti məsələlərin isə müvafiq dövlət qurumları qarşısında qaldırılması üçün nəzarətə götürüldüyü qeyd olunub.

Sonda sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirib, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə təşəkkür ediblər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar