Goranboyda şəhid ailələrinin qayğıları yerində öyrənilir Fotolar

Goranboy Rayon İcra Hakimiyyətinin 8 Noyabr-Zəfər Günü ilə bağlı Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi, onların qarşılaşdıqları problemlərin yerində araşdırılması və həlli istiqamətində tədbirlər davam etdirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Zeyvə kəndində Vətən müharibəsi şəhidi Məhərrəmov Fuad İmaməddin oğlunun ailəsinə məxsus fərdi yaşayış evində şəhid ailələri ilə görüş keçirdi.
Mubarizciler.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların nümayəndələri, şəhid ailələri və kənd sakinlərinin iştirak etdiyi görüşdə şəhid ailələrinin sosial-məişət şəraiti, gündəlik qayğıları və onları narahat edən məsələlər ətraflı dinlənilərək səsləndirilən müraciət və təkliflər diqqətlə nəzərdən keçirilib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhid ailələri ilə söhbət zamanı Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın ailələrinin və qazilərin dövlətin daim diqqət və qayğısı ilə əhatə olunduğunu bildirərək onların sosial rifahının yüksəldilməsi, müraciətlərinin həssaslıqla araşdırılması və mövcud problemlərinin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin mühüm prioritetlərdən biri olduğunu vurğuladı.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək dövlət tərəfindən sosial dəstəyin yüksək qiymətləndirildiyini bildirdilər.
Bildiririk ki, Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilərlə mütəmadi görüşlərin keçirilməsi, onların sosial qayğılarının öyrənilməsi və müraciətlərinin həlli istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.


Xəbəri paylaş







































0772703001 