Xəbər lenti
Dünən, 12:47
 
4-11-2026, 17:40
 

“Bayrağa sarılan ömür” – Vətənə sədaqətin və qəhrəmanlığın ədəbi salnaməsi Fotolar

Tarix: 08-11-2026 22:48     Baxış: 1 533

  Müəllifi gənc yazar Məhəmməd Həsənovdur. Türksoy təxəllüsü ilə qələmə aldığı “Bayrağa sarılan ömür” adlı bədii-publisistik əsəri Azərbaycanın 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat və döyüş yoluna həsr olunub.  3 noyabr 2026-cı il tarixində işıq üzü görən əsərdə Soltan Məmmədovun uşaqlıq illərindən başlayaraq hərbi təhsilinə, zabit kimi formalaşmasına, xidmət fəaliyyətinə və Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa qədər uzanan həyat yolu ardıcıl şəkildə qələmə alınıb. Müəllif qəhrəmanın həyat hekayəsini yalnız bioqrafik faktlarla məhdudlaşdırmayaraq, onun ailə mühiti, şəxsi keyfiyyətləri, mənəvi dünyası və Vətənə bağlılığı üzərindən daha geniş bir mənzərə yaratmağa çalışıb.  Əsərin əsas ideya xəttini Vətənə xidmət, hərbi şərəf, milli kimlik, dövlətə sədaqət və şəhidlik məfhumları təşkil edir. Kitabda bir zabitin həyat yolu fonunda Azərbaycan əsgərinin mənəvi gücü, torpağa bağlılığı və dövlətçilik dəyərlərinə sədaqəti ön plana çəkilir. Müəllifin bədii-publisistik yanaşması hadisələrin tarixi mahiyyətini qorumaqla yanaşı, oxucunun qəhrəmanın həyatına və keçdiyi yola daha yaxından bələd olmasına imkan yaradır.

  “Bayrağa sarılan ömür” adı da əsərin ideya məzmununu özündə ehtiva edir. Burada bayraq yalnız milli rəmz deyil, həm də müstəqilliyin, suverenliyin, Vətən uğrunda mübarizənin və əbədi yaddaşın ifadəsi kimi təqdim olunur.

   Məhəmməd Həsən Türksoy bu əsəri vasitəsilə şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat və xidmət yolunu yazılı yaddaşa çevirməyi, onun şəxsiyyətini və qəhrəmanlığını gələcək nəsillərə çatdırmağı qarşısına məqsəd qoyub. Əsər eyni zamanda Azərbaycanın qəhrəmanlıq tarixinin unudulmamasına və milli-mənəvi dəyərlərin yaşadılmasına yönəlmiş ədəbi töhfə kimi diqqət çəkir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar