Xəbər lenti
Bu gün, 12:47
 
4-11-2026, 17:40
 

Tərtərdə 9 Noyabr - Dövlət Bayrağı Günü qeyd olunub Fotolar

Tarix: 08-11-2026 19:44     Baxış: 392

Tərtər Rayon İcra Hakimiyyətinin YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Rəmzləri Muzeyində 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə və məhkəmə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köçəkçisi Elçin Cahangirov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları muzeydə Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövründə qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar ilə tanış olubl,sonra əvvəlcə  8 noyabr – Şanlı Zəfər Gününə və 9 noyabr Dövlət Bayrağı Gününə həsr edilmiş rəsm və əl işlərindən ibarət sərgiyə baxıblar.  

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, tədbir iştirakçılarını  8 noyabr – Şanlı Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib.

Qeyd olunub ki, Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilib. Qeyd edib ki, bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Əldə edilmiş zəfərlər fonunda Azərbaycan xalqı Dövlət Bayrağı Gününü tamam başqa əhvali-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir.

Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir.

Tədbir Mədəniyyət Mərkəzi və Uşaq Gənclər İnkişaf Mərkəzinin birlikdə hazırladığı konsert proqramı ilə yekunlaşıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar