Xəbər lenti
Dünən, 12:47
 
4-11-2026, 17:40
 
Daşkəsəndə Zəfərin altıncı ildönümü münasibətilə möhtəşəm ümumrayon tədbiri keçirilib Fotolar

Tarix: 08-11-2026 20:24     Baxış: 889

Noyabrın 8-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı Zəfərin altıncı ildönümü münasibətilə möhtəşəm ümumrayon tədbiri keçirilib. Tədbirdə minlərlə daşkəsənli iştirak edərək bayram sevincini bölüşüb.

Mubarizciler.az xəbər verir ki, Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər, şəhid ailələri və müharibə veteranları Daşkəsən şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra hərbçilərin də iştirakı ilə Daşkəsən Şəhidlər Xiyabanına yürüş təşkil olunub. Şəhid məzarları ziyarət edilərək üzərinə gül dəstələri düzülüb, dualar oxunub.

Daşkəsən rayon Mədəniyyət Mərkəzində nümayiş etdirilən rəsm, əl işləri, kitab sərgiləri və idmançıların təltifi bayram tədbirinə əlavə rəng qatıb. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. O, çıxışında bildirib ki, 8 Noyabr – Zəfər Gününü bütün xalqımız milli birlik, həmrəylik içində böyük coşqu, sevinc və qürur hissi ilə qeyd edir. Bu möhtəşəm Zəfərin əsas müəllifi Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin rəşadəti və xalqımızın sarsılmaz birliyidir. Xoş anlarla yaddaşlarda qalan bayram konsertində tanınmış incəsənət xadimlərinin və müğənnilərin çıxışları alqışlarla qarşılanıb.

Tədbirin sonunda atəşfəşanlıq olub.

Daşkəsən rayonunda 8 Noyabr – Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib

Xəbəri paylaş

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar