Şirvanda Polis Akademiyasına qəbulla bağlı görüş keçirilib

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almaq istəyən yuxarı sinif şagirdləri və onların valideynləri ilə Şirvan Şəhər Polis Şöbəsində görüş təşkil olunub.
Mubarizciler.az xəbər verir ki, çıxış edən şöbə rəisi polis polkovniki Seymur Əfəndiyev iştirakçılara ölkəmizdə sabitliyin və asayişin təmin olunmasında, eləcə də hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədəkar xidməti haqqında ətraflı məlumat verib, sıralarımıza qatılmaq arzusunda olan gənclərə sağlam həyat tərzi keçirmələrini, dərslərini yaxşı oxumalarını tövsiyə edib.
Həmçinin polisin gündəlik fəaliyyəti, eləcə də Polis Akademiyasında kursantlar üçün yaradılan şərait şagirdlərin diqqətinə çatdırılıb.
Tədbirin sonunda məktəbliləri və valideynləri maraqlandıran suallar cavablandırılıb.
Xəbəri paylaş







































0772703001 