Goranboyda 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilərlə görüşlər davam etdirilir Fotolar + Yenilənib

Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən 8 Noyabr – Zəfər Günü ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının davam etdirilməsi, onların sosial problemlərinin öyrənilməsi və müraciətlərinin həlli istiqamətində görüşlər təşkil olunur.
Mubarizciler.az xəbər verir ki, Növbəti belə görüş Goranboy rayonunun Muzdurlar kəndində keçirilib. Görüşdə Goranboy Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları şəhid ailələri və qazilərlə bir araya gələrək onların sosial-məişət şəraiti, gündəlik qayğıları və qarşılaşdıqları çətinliklərlə maraqlanıblar.
Görüş zamanı şəhid ailələrinin və qazilərin müraciətləri, təklifləri və onları narahat edən məsələlər diqqətlə dinlənilib, qaldırılan problemlərin yerində araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib. Eyni zamanda, müraciətlərin aidiyyəti qurumlar qarşısında qaldırılması və həlli üçün müvafiq işlərin həyata keçiriləcəyi qeyd olunub.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya, dövlət tərəfindən yaradılan sosial təminat və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısını yüksək qiymətləndirdiklərini vurğulayıblar.
Qeyd edək ki, şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu kateqoriyadan olan vətəndaşların sosial rifahının yaxşılaşdırılması, onların müraciətlərinin həssaslıqla araşdırılması və problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.
Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilərlə mütəmadi görüşlərin keçirilməsi, onların qayğı və problemlərinin öyrənilməsi, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması və qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Şəhid ailələrinə ehtiram, qazilərə diqqət və qayğı hər birimizin mənəvi borcudur!
Elçin Tağıyev.

Xəbəri paylaş







































0772703001 