Naftalanda ağacəkmə aksiyası keçirildi Fotolar

8 Noyabr – Zəfər Günü ərəfəsində Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naftalan-Suqovuşan avtomobil yolunun kənarında genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
Mubarizciler.az xəbər verir ki, aksiyada şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov, şəhid ailələri, ŞİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində torpaq-iqlim şəraitinə uyğun müxtəlif növ həmişəyaşıl ağaclar və tinglər əkilib, ağaclar suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
Aksiyanın keçirilməsində əsas məqsəd şəhərin yaşıllıq zolaqlarını genişləndirmək, ekoloji mühitin yaxşılaşdırılmasına töhfə vermək olub.
Xəbəri paylaş







































0772703001 