Xəbər lenti

Seymur Orucov Muğanlı kənd sakinləri ilə görüşüb Fotolar

Tarix: 05-11-2026 19:35     Baxış: 385

Ağstafada vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində növbəti səyyar görüş Muğanlı kənd sakinləri ilə keçirilib

Mubarizciler.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun Muğanlı kənd tam orta məktəb binasında keçirdiyi vətəndaşların növbəti səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatların nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad olunub.

RİH başçısı giriş nitqində hər kəsi qarşıdan gələn Zəfər Günü münasibəti ilə təbrik edib, ölkəmizin hərbi qüdrətindən, dinamik sosial-iqtisadi inkişafından, xalqımızın firavan yaşayışının və regionlarımızın davamlı inkişafının əsas zəmanəti olan sülh, sabitlik və əmin-əmanlıqdan bəhs edib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən dövlətçilik xəttinin mərkəzində dayanan vətəndaş amili və güclü dövlət qayğısı tarixi Zəfərdən sonra suveren ölkəmizin hər bir guşəsində özünü əks etdirir. Dövlət başçısının vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına dair tapşırıq və tövsiyələrinə uyğun olaraq, yerlərdə təşkil edilən qəbullar əhalini narahat edən məsələlərin yerindəcə araşdırılması və operativ həllinə xidmət edir.

Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan hər bir müraciət ətraflı təhlil olunub və operativ qaydada həlli məqsədilə icraata götürülüb. Aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyələr və nəzarət qaydasında tapşırıqlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar