Xəbər lenti
Bu gün, 12:47
 
4-11-2026, 17:40
 

Zəfər bayramı "Birlik" cəmiyyətində qeyd olunub Fotolar + Yenilənib

Tarix: 08-11-2026 19:30     Baxış: 392

“BİRLİK” CƏMİYYƏTİNDƏ ZƏFƏR BAYRAMI BÖYÜK QÜRUR VƏ HƏMRƏYLİKLƏ QEYD OLUNUB.

Bu gün xalqımızın qürur, igidlik, qəhrəmanlıq və milli həmrəylik günüdür!

Zəfər Bayramı münasibətilə “Birlik” Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “Birlik” Cəmiyyətinin sədri Cəlil Astanov, eləcə də Odessada yaşayan ziyalılar və iş adamları Firdovsi İsgəndərov, Namiq Talıbov, Ayaz Əliyev, Əbülfət Əliyev, Elxan Astanov və digər qonaqlar iştirak ediblər. Çıxışlar zamanı bildirilib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik tarixində ən şanlı səhifələrdən biridir. Bu möhtəşəm Qələbə xalqımızın birliyinin, milli iradəsinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətli siyasətinin təntənəsidir. Bizi bu tarixi Zəfərə qovuşduran Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, qazilərimizə möhkəm cansağlığı və uzun ömür arzulanıb. “Birlik” Cəmiyyəti olaraq milli həmrəyliyimizi, birliyimizi və dövlətçiliyimizə sədaqətimizi hər zaman uca tuturuq. İnanırıq ki, xalqımızın birliyi, həmrəyliyi və dövlətimizə olan inamı sayəsində bundan sonra da daha böyük uğurlara imza atacağıq.

Zəfər sevincini birlikdə yaşamaq, bu qürurlu tarixin bir parçası olmaq hər birimiz üçün böyük şərəfdir.

Zəfər Bayramımız mübarək!

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!


Bəxtiyar Hüseynov

Tarixin səhifələri qəzetinin bölgə üxbiri, Mubarızcıler.az 




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar