Xəbər lenti
4-11-2026, 17:40
 

Ağstafada Zəfər Gününə həsr olunan konsert keçirildi Fotolar

Tarix: 07-11-2026 21:07     Baxış: 504

Ağstafada 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü münasibəti ilə “Zəfərin səsi - Qələbənin təntənəsi” adlı bədii-musiqili ümumrayon bayram tədbiri keçirilib.

Mubarizciler.az xəbər verr ki, əvvəlcə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi ziyarət olunub, xalqımızın xilaskarının əziz xatirəsi böyük hörmətlə yad edilib.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin əzəmətli sədaları altında açıq elan olunub. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı və suverenliyi naminə canlarını fəda etmiş qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla ehtiramla yad edilib.

Giriş nitqi söyləyən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov hər kəsi Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr — Zəfər Günü münasibətilə təbrik edib, dövlətimizin qüdrətindən, ordumuzun rəşadətindən və xalqımızın sarsılmaz birliyinin təntənəsindən bəhs edib:

“Otuz illik həsrətin bitdiyi, başımızın dik, alnımızın açıq olduğu o möhtəşəm Zəfər Günündən bəri hər birimizin qəlbi fəxrlə döyünür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bizə bu böyük qüruru və Zəfər sevincini yaşadan şanlı Ordumuza, şəhid və qazilərimizə, əsgər və zabitlərimizə sonsuz minnətdarıq. Bu gün müstəqil bir ölkə kimi qazandığımız hər bir uğurun, sahib olduğumuz gücün arxasında, Ulu Öndər Heydər Əliyevin illər öncə müəyyənləşdirdiyi və təməlini qoyduğu o böyük inkişaf yolu dayanır. Onun xalqına olan sevgisi, uzaqgörən addımları və bizi bir yumruq kimi birləşdirən milli ideyası bugünkü güclü Azərbaycanın döyünən ürəyidir.”

Tədbirin aparıcısı Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Abdulla Qurbani vurğulayıb ki, bu gün səslənəcək mahnılar, söylənəcək şeirlər və təqdim olunacaq bədii kompozisiyalar xalqımızın qəhrəmanlıq tarixini, şəhidlərimizin əziz xatirəsini, qazilərimizin fədakarlığını və doğma Qarabağımıza olan sonsuz məhəbbətimizi ifadə edəcəkdir.

Qarabağ simfonik orkestrinin ruhu oxşayan müşayiəti ilə möhtəşəm konsertdə Xalq artisti Samir Cəfərovun, Əməkdar artistlər Aygün Zeynalova və Atəş Qarayevin bənzərsiz ifaları, istedadlı gənc müğənni Leyla Rəhimovanın və virtuoz akkordeon ustası Seymur Həsənsoyun yaratdıqları ecazkar harmoniya tamaşaçıları Şuşanın dumanlı dağlarına, Laçının sıldırım qayalarına, Ağdamın, Füzulinin azad düzlərinə aparıb, Azərbaycan əsgərinin cəbhədəki sarsılmaz mətanətini, xalqımızın polad iradəsini və Qələbə sevincini bədii dillə könüllərə həkk edib. Ağstafalı şairə Cığatel İsaqızının oxuduğu şeirlər tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Səhnəyə dəvət olunan şəhidlərimizin doğmaları, sülh, əmin-amanlıq və sürətli tərəqqi yolu ilə çiçəklənən qüdrətli Azərbaycana, həmçinin onlara göstərilən yüksək diqqət və hərtərəfli qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə həmçinin Zəfər Gününün altıncı ildönümü münasibətilə Ağstafa rayonunun ümumtəhsil orta məktəblərinin, eləcə də idarə, müəssisə və təşkilatlarının komandaları arasında keçirilən intellektual bilik yarışlarının qalibləri Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələri ilə təltif olunublar.

Zəfər Günü münasibətilə təşkil edilən təntənəli bayram proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar