Zəfər Günü münasibətilə Şəmkirdə ağacəkmə aksiyası keçirilib Fotolar

8 Noyabr – Zəfər Günü münasibətilə Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şəhidlər Xiyabanında ağacəkmə aksiyası təşkil olunub.
Mubarizciler.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin də iştirak etdiyi aksiyada ərazinin yaşıllaşdırılması məqsədilə rayonun torpaq-iqlim şəraitinə uyğun 200 ədəd badam və qoz ağacları əkilib.
Aksiya zamanı ərazidə mövcud yaşıllıqlara qulluq göstərilib, abadlıq və təmizlik işləri aparılıb, yeni əkilən ağac və kolların suvarılması təmin edilib. Salınmış yaşıllıqların qorunması, ərazinin mütəmadi nəzarətdə saxlanılması və bitkilərə aqrotexniki qaydalara uyğun qulluq göstərilməsi istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulub. Qeyd olunub ki, Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyası şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın qorunmasına və rayonun yaşıllıq sahələrinin genişləndirilməsinə xidmət edir.
Qeyd edək ki, təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Şəmkir rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.



Xəbəri paylaş







































0772703001 