Xəbər lenti
Bu gün, 12:47
 
4-11-2026, 17:40
 

Naftalanda Zəfər bayramı qeyd olundu Fotolar

Tarix: 08-11-2026 17:21     Baxış: 833

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər bayramı münasibətilə “Şanlı zəfər tariximiz” adlı tədbir təşkil olunub. 

Mubarizciler.az xəbər verir ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov, ŞİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, şəhid ailələri, qazilər, şəhər ictimaiyyəti və turistlər iştirak edib.

Öncə vətənpərvərlik mövzusunda şagirdlərin əl işlərindən ibarət  8 Noyabr – Zəfər Gününə həsr olunan sərgiyə baxış keçirilib.

Azərbaycan Dövlət Himni səsləndiriləndən sonra tədbir konsert proqramı ilə davam etdirilib. Bayram əhval-ruhiyyəsi və yüksək coşqu ilə davam edən konsert proqramında respublikamızın tanınmış incəsənət ustaları Vətəni, ordunu və zəfəri tərənnüm edən rəngarəng musiqi nömrələri ilə çıxış ediblər. Naftalan şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir yerli sakinlərlə yanaşı, şəhərimizin qonaqları olan yerli və xarici turistlərin də böyük marağına səbəb olub.

Səsləndirilən ifalar tamaşaçılar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Vətənpərvərlik və milli qürur hisslərinin ön plana çıxdığı bayram tədbiri Naftalan şəhərinin səmasını bəzəyən möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar