Xəbər lenti

Goranboyda "8 Noyabr - Zəfər Günü" münasibətilə tədbir keçirildi Fotolar + Yenilənib

Tarix: 04-11-2026 20:35     Baxış: 826

"8 Noyabr - Zəfər Günü" münasibətilə 3-4 Noyabr 2026-cı il tarixlərdə YAP Goranboy rayon təşkilatının təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən “Gəncə Mall” ticarət mərkəzinin “Cinema Plus” kinoteatrında Vətən müharibəsinə həsr olunmuş “44” bədii filmi Şəhid ailələrinə nümayiş etdirildi.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Goranboy rayon icra hakimiyyətinin başçısının müavini Mirvari Ağamalıyeva və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Film nümayişində iştirak edən şəhid ailələri 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik, həmrəylik, qəhrəmanlıq və fədakarlıq nümunələrini əks etdirən ekran əsərini böyük diqqətlə izləyiblər. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə Azərbaycan xalqının milli birliyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığının təntənəsidir. Bu Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq, şəhidlərimizin müqəddəs xatirəsi daim ehtiramla anılacaqdır. Şəhid ailələrinin nümayəndələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci Vitse - Prezidenti Mehriban xanım Əliyevaya və filmin çəkilməsinə görə Heydər Əliyev Fonduna təşəkkürlərini bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar