Xəbər lenti

Bütün evlərdə olan bu məhsullar - Xərçəngə səbəb olurmuş

Tarix: 03-11-2026 09:37     Baxış: 777

Mütəxəssislər gündəlik həyatda istifadə olunan bəzi məhsulların və əşiyaların xərçəng riskini artıra biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Mubarizciler.az xəbər verir ki, “Health” nəşrinə müsahibə verən həkimlər Cey Lutar və Deril Eber mənzillərdəki gizli təhlükə mənbələrinə diqqət çəkiblər.

C. Lutar bildirib ki, kəskin ətirli təmizlik vasitələri və elektrikli hava təravətləndiricilərində zərərli kimyəvi maddələr var. Həkim bu vasitələrdən hər gün deyil, yalnız zəruri hallarda - çətin ləkələri və kəskin qoxuları aradan qaldırmaq üçün istifadə etməyi məsləhət görüb.

D. Eber isə aspiratorsuz işlədilən sobaların risk yaratdığını qeyd edib. O, həmçinin mebel alarkən tərkibində formaldehidin olmamasına əmin olmağı tövsiyə edib. Mütəxəssisin sözlərinə görə, bu maddə ilə tez-tez təmas xərçəngin bir neçə növünə təkan verir.

Bundan əlavə, C. Lutar ləkəgötürməyən örtüklərə daxil olan perftoroktan turşusunun da kanserogen olduğunu bildirib. O, xüsusilə uşaqlar üçün nəzərdə tutulan və yataq mebellərində təbii parçalara üstünlük verməyə çağırıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar