Goranboy şəhərinin 58 və 15-ci məhəllələrində asfalt-beton və işıqlandırma işlərinə hazırlıq tədbirləri davam etdirilir Fotolar

Goranboy şəhərində yol infrastrukturunun yenilənməsi, ərazilərin abadlaşdırılması və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Mubarizciler.az xəbər verir ki, Hazırda şəhərin 58 və 15-ci məhəllələrində asfalt-beton örtüyünün salınması və müasir işıqlandırma sistemlərinin quraşdırılması işlərinə başlanılması üçün son tamamlama və hazırlıq tədbirləri həyata keçirilir.
Qeyd olunan ərazilərdə işlərin başlanılması üçün zəruri hazırlıq mərhələsi yekunlaşdırılmaq üzrədir. Növbəti mərhələdə asfalt-beton örtüyünün salınması və küçələrin işıqlandırılması istiqamətində müvafiq işlərin icrası nəzərdə tutulur.
Həyata keçiriləcək tədbirlər məhəllədaxili yolların yenilənməsinə, küçələrin gecə saatlarında işıqlandırılmasının təmin edilməsinə, sakinlərin rahatlığının və təhlükəsizliyinin artırılmasına xidmət edəcək.
Goranboy şəhərində infrastrukturun müasirləşdirilməsi, abadlıq və quruculuq işləri bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.



Xəbəri paylaş






































0772703001 