Xəbər lenti

Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq

Tarix: 03-11-2026 17:13     Baxış: 553

Qarşıdan gələn Zəfər Günü ilə əlaqədar “WhatsApp” platformasında saxta kampaniyalar yayılıb.

Mubarizciler.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Respublikası Prezidenti adından 100 AZN məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.

MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir.

Onlardan bu cür hallarla qarşılaşdıqda Agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar