Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Saatlıda “Baharın gəlişi” adlı ümumrayon tədbiri keçirilib Fotolar + Yenilənib

Tarix: 19-03-2026 00:01     Baxış: 770

18 mart 2026-ci il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev meydanında xalqımızın zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı münasibətilə “Baharın gəlişi” adlı ümumrayon tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyəti iştirak edib.

 Əvvəlcə idarə, müəssisə və təhsil müəssisələri tərəfindən hazırlanmış sərgiyə baxış keçirilib, tədbir iştirakçıları meydanda nümayiş etdirilən rəsm əsərləri, milli adət-ənənələrimizi, bayram atributlarını və bahar əhval-ruhiyyəsini əks etdirən əl işləri, eləcə də milli mətbəx nümunələri ilə tanış olub.

Daha sonra bədii hissə ilə davam edən tədbirdə vətənpərvərlik və milli ruhda mahnılar ifa olunub, milli musiqi sədaları altında uşaqlardan ibarət rəqs qruplarının çıxışları şənliyə xüsusi rəng qatıb. Tədbirdə idmançılar və pəhləvanlar tərəfindən güc, çeviklik və məharət nümayiş etdirilən maraqlı nömrələr təqdim olunmuş, eyni zamanda kosa və keçəlin meydana gəlişi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar