Xəbər lenti
8-05-2026, 14:49
 

Xocavənddə Novruz bayramı qeyd olunub Fotolar + Yenilənib

Tarix: 18-03-2026 23:31     Baxış: 1 162

Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. 

Mubarizciler.az xəbər verir ki, bayram münasibətilə martın 18-də Xocavənd qəsəbəsində ümumrayon şənliyi keçirilib. 

Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, hüquq-mühafizə orqanlarının, eləcə də müxtəlif idarə, müəssisələrin, təşkilatların rəhbərləri, Şəhid ailələri və rayon ictimaiyyəti iştirak etdilər.

Bayram tədbirində rayonun təhsil və mədəniyyət müəssisələrinin kollektivləri tərəfindən hazırlanan müxtəlif milli oyun və folklor nümunələri nümayiş etdirilib. Novruz şənliyində sərgilənən çoxəsrlik maddi-mədəni irsimizi, qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar və milli geyimlərimiz rayon ictimaiyyətinin və qonaqların böyük marağına səbəb olub. Parkın bir tərəfində isə yeniyetmə və gənc idmançılar müxtəlif idman numunələri ilə çıxış ediblər. Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruzun gəlişi münasibətilə təşkil olunan bayram şənliyi sakinlər tərəfindən böyük maraqla qarşılanıb. Novruz atributları ilə bəzədilən parkda keçirilən bayram tədbiri maraqlı konsert proqramı ilə davam edib. Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları, uşaq bağçalarının balaca sakinləri tərəfindən təqdim olunan bayram əhval-ruhiyyəli səhnəciklər, eləcə də baharı, Azərbaycanı tərənnüm edən mahnılar sakinlərdə xoş ovqat yaradıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar