Xəbər lenti
25-07-2026, 19:27
 

Goranboyda BaharFest və İlaxır çərşənbə-Novruz şənliyi bayram tədbirləri keçirildi Fotolar + Yenilənib

Tarix: 18-03-2026 11:42     Baxış: 2 156

Gənclər və İdman Nazrliyi, Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Goranboy 2026-Gənclər Paytaxtı” və “Novruz Bayramı”  ümumrayon tədbirləri çərçivəsində, Goranboy şəhər Heydər Əliyev Parkında BaharFest və Novruz şənliyi tədbirləri keçirildi.

Mubarizciler.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın bir çox bölgələrindən gələn fəal gənclər iştirak etdilər. 

Tədbir iştirakçıları öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Tədbirdə  gənclər düşərgələrinə baxış keçirildi, tanınmış incəsənət ustalarının və rayonumuzun mədəniyyət işçilərinin  ifasında musiqi proqramı, folklor nümunələri, müxtəlif idman növləri üzrə göstəricilər, rəsm və əl işlərindən ibarət sərgilər, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən  səhnələr nümayiş etdirildi, bayram tonqalı yandırıldı. Tədbirin sonunda atəşfəşanlıq təşkil olundu.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar