Xəbər lenti
15-09-2026, 17:52
 

Anar Məmmədov Tərtərdə vətəndaşları qəbul etdi Fotolar

Tarix: 01-12-2025 16:26     Baxış: 1 631

YAP-çı millət vəkili Anar Məmmədov Tərtər rayonu Qaynaq kəndində vətəndaşları qəbul edib.

Mubarizciler.az xəbər verir ki, qəbulda Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Tərtər rayon təşkilatının məsul əməkdaşı və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Qaynaq kənd orta məktəbinin inzibati binasında keçirilən qəbul zamanı Anar Məmmədov vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib, müraciətlərin həlli ilə bağlı zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Millət vəkilinin səlahiyyətləri çərçivəsinə aid digər müraciətlərin isə araşdırılaraq operativ həll olunması və zəruri tədbirlərin görülməsi barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar