Xəbər lenti
15-09-2026, 17:52
 

Anar Məmmədov Tərtərdə şəhid ailəsini ziyarət edib - Fotolar

Tarix: 26-11-2025 11:19     Baxış: 1 344

Millət vəkili Anar Məmmədov Tərtər rayonu Kəngərli kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Emin Şəmsi oğlu Quluzadənin ailəsini ziyarət edib. 

Mubarizciler.az xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayonun baş axundu və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Anar Məmmədov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət qurumlarına da şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tövsiyə etdiklərini bildirib.  

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Elmin Şəmsi oğlu Quluzadə 1998-ci il oktyabrın 23-ü Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Oktyabrın 17-si Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Yaşadığı Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.

O, 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar