Xəbər lenti

Deputat və İcra başçısı Şəhid ailəsini ziyarət edib Fotolar

Tarix: 30-05-2025 12:56     Baxış: 1 001

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Qaradağlı kəndində Vətən müharibəsi şəhidi Məmmədli Sənan Səlim oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.

Mubarizciler.az xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon ağsaqqalları və ziyalıları iştirak edib. 

Vətən müharibəsi şəhidinin qısa, lakin şərəfli ömür yolundan söhbət açan millət vəkili tərtərlilərin tarix yazan Sənan kimi oğulları ilə fəxr etdiyini bildirib.

Anar Məmmədov şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün qurumların qarşısına bir vəzifə kimi qoyduğunu bildirib.

Görüşdə şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Məmmədli Sənan 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar