Xəbər lenti
8-05-2026, 14:49
 

Qar uçqununda həlak olan əsgərlərimizə şəhid statusu veriləcək

Tarix: 21-03-2025 20:52     Baxış: 784

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun  və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri tapılıb.

Xidmət vaxtı həlak olan hərbçilərimizə qanunauyğun olaraq şəhid statusu veriləcəyi gözlənilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlayıb.

Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, həyatlarını itirən Azərbaycan Ordusunun hərbi qulluqçularına şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilə bilər.

Xidmət rəsmisi qeyd edib ki, həlak olan hərbi qulluqçular - Əli İmanov və Ruslan Həmidova xidmət vaxtı döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək.

(Qafqazinfo)



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar