Xəbər lenti

Natiq Qasımovun doğum günüdür - Fotolar

Tarix: 02-01-2025 11:24     Baxış: 1 603

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Natiq Qasımovun doğum günüdür.

Mubarizciler.az ın məlumatına görə, Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub.

Ermənistan silahlı birləşmələrinin Azərbaycanın suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürüb. Onun sonrakı taleyi barədə dəqiq məlumatlar olmasa da, erməni terrorçular tərəfindən amansızlıqla qətlə yetirildiyi bildirilir.

Qeyd edək ki, Natiq Qasımov Xocalı rayon Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsindəki mövqedə 5 gün təkbaşına erməni terrorçulara müqavimət göstərərək yüksəkliyi onlara verməyib.

Gülləsi bitdikdən sonra əsir düşən Natiqin qəhrəmanlığı sonradan xarici jurnalistlər tərəfindən işıqlandırılıb və onun barəsində filmlər çəkilib.

Prezident İlham Əliyevin 2024-cü ilin iyunun 2-də imzaladığı Sərəncamla Natiq Qasımova Milli Qəhrəman adı verilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar