Xəbər lenti

“Oxçuçayın çirkləndirilməsi davam edir” - Kamran Əliyev

Tarix: 16-08-2024 13:13     Baxış: 777

"Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir”.

Mubarizciler.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Naxçıvanda keçirilən “Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda” Elmi-Praktiki Konfrans zamanı qeyd edib.

Xankəndidən sonra növbəti konfransın Naxçıvanda keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edən Baş prokuror deyib ki, uzun müddət davam etmiş Azərbaycan və Ermənistan münaqişəsinin gedişatında təəssüflər olsun ki, Araz çayı sahilyanı və dib çöküntüləri kimyəvi və radioaktiv tullantılarla məqsədyönlü olaraq çirkləndirilib və hazırda da bu proses davam etdirilir: “Hazırda da Ermənistan ərazisindən keçməklə ölkəmizə daxil olan çayların, xüsusən də Araz və onun qolu olan Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir”.

K.Əliyev əlavə edib ki, Ermənistan mövcud beynəlxalq konvensiyaların tələblərini daim pozub: “Belə ki, BMT-nin Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Konvensiyası (ESPO), “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” BMT-nin 1992-ci il tarixli Konvensiyası, eləcə də həmin Konvensiyanın “Su və sağlamlıq haqqında” 1999-cu il 17 iyun tarixli Protokollarından irəli gələn öhdəliklər Ermənistan tərəfindən kobud şəkildə pozulub. Azərbaycan əhalisi illərdir Şərqi Zəngəzurda olan zəngin su ehtiyatlarından məhrum qalıb”.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar