Xəbər lenti

Goranboyda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilmişdir - FOTOLAR

Tarix: 30-04-2024 23:19     Baxış: 560

YAP Goranboy rayon təşkilatı ərazi partiya təşkilatlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlərə start vermişdir.

Mubarizciler.az xəbər verir ki,  29 aprel 2024-cü il taixdə YAP Goranboy rayon təşkilatının Dəyirmanlar ərazi partiya təşkilatında Ulu Öndər  Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilmişdir.

İlk öncə  Partiyamızın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş nitqi ilə açan YAP Goranboy rayon təşkilatı Dəyirmanlar ərazi partiya təşkilatının sədri Daşqın Həsənov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. 

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin tarixi uğurlara imza atdığını söylədi.

Sonra çıxış edən YAP Goranboy rayon təşkilatının Dəyirmanlar ərazi partiya təşkilatının sədr müavini Bəxtiyar İsmayılov Ümummilli lider Heydər Əliyevin zəngin irsindən Onun görkəmli dövlət xadimi kimi xidmətlərindən bəhs edib. Amil Sefiyev çıxışında dahi öndər Heydər Əliyevin Azərbaycanın dünəni, bugünü və gələcəyi üçün fenomen bir şəxsiyyət olduğunu bildirib. O, qeyd edib ki, ulu öndərin miras qoyduğu  müstəqil Azərbaycan bu gün öz inkişafının ən yüksək pilləsindədir.

Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla və minnətdarlıqla yad edərək bildirdilər ki, Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı video rolik nümayiş etdirilir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar