Xəbər lenti

Goranboyda YAP rayon təşkilatının yaradılmasının 29-cu ildönümü ilə bağlı konfrans keçirildi - FOTO

Tarix: 30-04-2024 19:02     Baxış: 812

Goranboy rayon İcra Hakimiyyəti və YAP rayon  təşkilatının birgə təşkilatçılığı  ilə  YAP rayon təşkilatının yaradılmasının 29-cu ildönümü ilə  bağlı konfrans  keçirildi.

Mubarizciler.az xəbər verir ki,  Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP rayon təşkilatının sədri  Samir Qocayev və partiyanın rayon fəalları iştirak etdilər. 

Tədbir iştirakçıları öncə, Ümummilli Liderimiz, Yeni Azərbaycan Partiyasının  qurucusu Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra  tədbir YAP rayon  təşkilatının inzibati binasında  davam etdirildi.Konfransda çıxış edən icra başçısı və  digər  natiqlər,  Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirən amillərdən, həmin dövrdə ölkəmizdə mövcud olmuş ağır ictimai-siyasi vəziyyətdən bəhs etdilər.  Çıxışlarda  vurğulandı ki,  Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası öz ətrafında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirib.

 Bu gün YAP Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir və  Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiyanın uğurları getdikcə daha da artır. Yeni Azərbaycan Partiyası cəmiyyətimiz üçün  yaratdığı çoxsaylı nümunələrdən  biri də partiya-lider-xalq birliyidir. Partiya Azərbaycan xalqının milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq bütün təbəqələrini özündə birləşdirir. Bu gün  dövlətimizin qazandığı  bütün nailiyyətlər Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Azərbaycanı Cənubi Qafqazın lideri etməklə yanaşı, beynəlxalq müstəvidə də nüfuzunu əhəmiyyətli dərəcədə artırıb, ölkəmizi sülh və sabitlik adasına çevirib. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə öz sıralarını daha da genişləndirən partiya bu istiqamətdə işlərini davam etdirir. 1995-ci ildə yaradılan rayon ilk partiya təşkilatı da ötən bu 29 il ərzində rayonun ictimai siyasi həyatında  xüsusi rol oynamışdır.  Bu gün YAP rayon təşkilatı  7712  nəfər üzvü öz  sıralarında birləşdirir. Tədbirdə Ümumilli Liderimizin əsrarəngiz və çoxşaxəli fəaliyyətini əks etdirən videoçarx izlənildi. Tədbirin sonunda bir qrup YAP fəallarına Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edildi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar