Xəbər lenti

Saleh Səmədovun "Vəsiqəsi" təqdim edildi - FOTOLAR

Tarix: 30-04-2024 01:22     Baxış: 707

Aprel ayının 23-də İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında təşkilatın seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov, təşkilatın İdarə Heyətinin üzvləri Saleh Səmədov, Davud Zülfüqarov, Hüseyn Hüseynov və başqaları, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev iştirak ediblər.

Mubarizciler.az-ın məlumatına görə, tədbirdə Ramiz Əmirovun istefa təklifi səsə qoyulub və qəbul edilib. Daha sonra İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Saleh Səmədovun təşkilatın sədri vəzifəsinə namizədliyi irəli sürülüb və  o, açıq səsvermə yolu ilə Şuranın sədri seçilib.

İmişli Rayon Ağsaqqallar Şurasının yeni sədri Saleh Səmədov göstərilən yüksək etimada görə öz minnətdarlığını ifadə edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı əhəmiyyətli rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. 

O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu diqqətə çatdırıb. 

Ağsaqqal sözünün çox uca və dəyərli söz olduğunu qeyd edən Saleh Səmədov bildirib ki, Şuranın daha uğurlu və aktiv fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəkdir. Saleh Səmədov, həmçinin,  Ramiz Əmirovun İmişli Rayon Ağsaqqallar Şurasında gördüyü işləri yüksək dəyərləndirib və vurğulayıb ki, o, bundan sonra da sədr müavini kimi fəaliyyətini davam etdirəcəkdir.

Qeyd edək ki, 29 aprel 2024-cü il tarixində Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Saleh Mehralı oğlu Səmədova "Rayon Ağsaqqallar Şurasının Vəsiqəsi"ni təqdim edib və eyni zamanda xidməti fəaliyyətində uğurlar arzulayıb.

Biz də hörmətli Saleh müəllimi ürəkdən təbrik edirik, gələcək fəaliyyətində uğurlar diləyirik.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar