Xəbər lenti

İcra Başçısı Goranboyda 4 mərtəbəli 16 mənzilli yaşayış binalarının tikinti işləri ilə bir daha yerində tanış oldu - FOTO

Tarix: 29-04-2024 17:36     Baxış: 1 015

Goranboyda sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən əsaslı işlər davam etdirilir.

Möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Goranboy və Dəliməmmədli şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli binalarda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Goranboy şəhərində 36 mənzilli 4 ədəd 2 mərtəbəli, Dəliməmmədli şəhərində 16 mənzilli 1 ədəd 2 mərtəbəli yaşayış binalarının sökülərək  yerlərində,  Goranboy şəhərində 2 ədəd 4 mərtbəli 36 mənzilli, Dəliməmmədli şəhərində isə 1 ədəd 4 mərtəbəli 16 mənzlli binaların cari ilin  sentyabr ayında tikintisi işlərinə başlanılmış və hazırda işlər sürətlə davam etdirilir. 

Mubarizciler.az xəbər verir ki,  Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev, bir qrup ictimai fəallarla birgə,  Goranboy şəhəri Cəfər Cabbarlı və Məmməd Məhərrəmov küçələrində  4 mərtəbəli 16 mənzilli yaşayış binalarının  tikinti işləri ilə bir daha yerində tanış oldu. 

İcra Başçısı işlərin vaxtında, keyfiyyətlə və müvafiq tikinti normalarına uyğun  başa çatdırılması, binanın gələcəkdə bütün kommunikasiya xətlərinin təhcizatı ilə bağlı, iş icraçıları və  bir qrup şəhər sakinləri ilə məsləhətləşmələr apardı, səmimi söhbət etdi, tövsiyyələrini bildirdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar