Xəbər lenti

İcra Başçısı Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb - FOTO

Tarix: 29-04-2024 16:11     Baxış: 357

Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşlarının da iştirak etdiyi görüş zamanı icra başçısı rayonumuzun ictimai-siyasi həyatında ağsaqqalların fəal rolundan bəhs edib və ağsaqqallara, eləcə də zəngin həyat və iş təcrübəsinə malik olan ziyalılara daim ehtiyac olduğunu bildirib.

Rəşad Tağıyev qeyd edib ki, xalqımızın Ümummilli Lideri ağsaqqallara daim dərin ehtiram bəsləyib, qayğı ilə yanaşıb və hazırda bu ənənə Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün Şəmkirin inkişafı, yüksəlişi üçün öz təcrübələrini əsirgəməyən ziyalılara təşəkkürünü bildirən icra başçısı ötən il rayonda görülən işlər, həyata keçirilən layihələr haqda danışıb, qarşıda duran məqsədlər barədə rayon ağsaqqallarına məlumat verib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə dövlətimizin başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda istərsə də bütün dünyada qazandığı uğurlardan danışılıb.

Çıxış edən Ağsaqqallar Şurasının üzvləri ölkəmizdə eləcə də Şəmkir rayonunda aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirib, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atan ölkə Prezidenti cənab İlham Əliyevə Şəmkir ağsaqqalları adından dərin minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar