Xəbər lenti

Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar Goranboy şəhər 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib - FOTO

Tarix: 29-04-2024 15:56     Baxış: 1 400

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar Goranboy şəhər 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib. 

Mubarizciler.az xəbər verir ki,  “Füzulinin qəzəl dünyası” adlı ədəbi-bədii gecədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva,Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov, Regional təhsil idarəsinin məsul əməkdaşı və təhsil ocağının kollektivi iştirak edib.

Əvvəlcə qonaqlar məktəbin yetirmələri tərəfindən hazırlanan rəsm sərgisinə baxış keçiriblər.

Daha sonra tədbirdə dahi şairin həyat və yaradıcılığından bəhs olunub. Bildirilib ki, Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli  şair, mütəfəkkir, tərcüməçi Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi həkk olunub. Füzulinin iri həcmli əsərləri ilə yanaşı qəzəlləri də söz sənətimizin ölməz abidələridir.

Sonda xatirə şəkli çəkdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar