İmişlidə “Narkomaniyaya yox deyək”, “Erkən nigahın fəsadları” və “Dini radikalizim” mövzuları ətrafında tədbir keçirilib - FOTOLAR
İmişli şəhərinin 7 saylı tam orta məktəbinin akt zalında “Narkomaniyaya yox deyək”, “Erkən nigahın fəsadları” və “Dini radikalizim” mövzuları ətrafında maarifləndirici tədbir keçirilib.
Mubarizciler.az xəbər verir ki, Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, rayon Təhsil Sektorunun əməkdaşları, səhiyyə işçiləri və yeniyetmə-gənclər iştirak ediblər.
İlk olaraq məkətəbin həyətində şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin önünə gül dəstələri düzülüb.
Tədbir başlamamışdan öncə iştirakçılar tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışıblar. Eyni zamanda “Erkən nigahın fəsadları”, qadın və uşaqların sağlamlığına mənfi təsiri, insan hüquqları, hüquqi məsuliyyətlər, statistik məlumatlar barədə geniş məlumat verilib. Digər aktual məsələ “Dini radikalizim” ətrafında da izahi söhbətlər aparılıb. Dini radikal və ekstremist meyillərin tarixi, təbliğatı, hədəf kütlələri və fəsadları barədə tədbir iştirakçıları maarifləndirilib, bu kimi neqativliklərdən qorunmaq naminə dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər səsləndirilib.
Xəbəri paylaş