Göygöldə “Bağçadan məktəbə” adlı təlim keçirilib - FOTO
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin fəaliyyət planına uyğun olaraq Göygöl rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən bir neçə məktəbəqədər təhsil müəssisəsinin rəhbərliyi və tərbiyəçi müəllimlərin iştirakı ilə “Bağçadan məktəbə” adlı yaz təlimi keçirilib.
Mubarizciler.az xəbər verir ki, Təlimin məqsədi məktəbəqədər təhsil müəssisə rəhbərləri, tərbiyəçilər arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı körpə və uşaqların cəmiyyətə sosial uyğunlaşması, müstəqillik, təbiətə və insanlara həssas münasibətlərin aşılanması, estetik dünyagörüşünün formalaşması mövzusunda fikir mübadiləsi aparılmasıdır.
Təlimdə Göygöl şəhər 3 nömrəli, Göygöl şəhər 4 nömrəli körpələr evi-uşaq bağçası və Balçılı kənd 1 nömrəli körpələr evi-uşaq bağçası ilə yanaşı Gəncə şəhəri “Montessori intellekt akademiyası”nın da rəhbər və işçi heyəti də iştirak ediblər.
İki hissədən ibarət yaz təlimində valideyn-bağça-uşaq münasibətləri, uşaqların səriştələri üzərində iş prioritet məsələ kimi qeyd edilmişdir.
Sonda Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov təlim üçün dəstəyə görə müdir və tərbiyəçi heyətə həmçinin dəvət olunan qonaqlara təşəkkür edərək, bu mövzuda görüşlərin daha sıx keçirilməsinə zəruri olduğunu bildirib.
Xəbəri paylaş